Avtobus və taksilərdə arakəsmələr qurşadırılır - VİDEO

 19:28 06.05.2020     513

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb. 

Bu barədə Redaktor.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Bildirilib ki, artıq 200 avtobusda bu cür arakəsmələrin quraşdırılması təmin edilib.

Quraşdırma işləri əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir.

Avtobuslarla yanaşı, taksi minik avtomobillərində də şəffaf arakəsmələr quraşdırılır. Ötən gün 300 taksi minik avtomobilində quraşdıma işləri yekunlaşıb.