Milli Məclisdə yüksək vəzifəyə təyin edilən KVN-çi kimdir? - FOTOLAR

 13:30 07.05.2020     3059

Keçmiş KVN-çi İlqar Nəbiyev Milli Məclisin protokol sektorunun müdiri təyin edilib.

Redaktor.az xəbər verir ki, İlqar Nəbiyev 20 ildən artıqdır ki, Milli Məclisdə müxtəlif şöbələrdə, həmçinin beynəlxaq əlaqələr şöbəsində çalışdığını deyib.

Həmçinin, İlqar Nəbiyev Azərbaycan-Rusiya parlamentlər arası ikili komissiyanın, MDB Parlament Assambleyasında Azərbaycanın parlamentinin nümayəndə heyətinin katibi vəzifələrində də çalışıb. Dövlət qulluğunun baş müşaviridir. 

O, 1976-cı ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından “Şən və Hazırcavablar” klubunda “Bakılı Oğlanlar” komandasında çıxış etməyə başlayıb. Onun iştirak etdiyi bu komanda 1992-ci ildə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. 2001-ci ildən Tahir İmanovun yaratdığı "Planet Parni iz Baku" KVN teatrında da iştirak edib. Daha sonra müxtəlif yumoristik layihələr hazırlayıb və "Şən və Hazırcavablar klubu" yarışları təşkil edib. "İqra" Yaradıcılıq Birliyinin rəhbəridir.

22