Bakının mərkəzində "pozğun qadınlar küçəsi"? - FOTO

"Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi"nin sədri Vasif Sadıqlı maraqlı status paylaşıb.
Redaktor.az xəbər verir ki, o, statusunda paytaxtda biabırçı olayı işıqlandırıb:
"Bu foto Əlövsət Quliyev küçəsində çəkilib. Lövhədə “Amsterdam hostel” yazılıb. “Hostel” balaca otel deməkdir. Qırmızı hərflərlə isə “Red Light District” yazılıb. Bunun tərcüməsi “qırmızı işıq rayonu”, “qırmızı fənərlər məhəlləsi” - pozğun qadınlar rayonu deməkdir. Bu yazı əcnəbiləri, yəqin ki, son vaxtlar viza rejiminin yumşaldılması ilə əlaqədar Bakıya axın edən turistləri cəlb etmək üçün reklam kimi verilib.
Hostelin Amsterdam adlandırılması da təsadüfi deyil. Deyilənə görə, bu ənənə XVII əsrdə Amsterdamda yaranıb. İntim xidmət göstərən qadınlar əllərində içməli su və qırmızı fənər bununla başqalarına hər kəs üçün əlçatan olduqlarını işarə edərdilər. Çox yüksək maaş alan və uzun müddət dənizdə olan dənizçilər şəhərə qayıdanda artıq əlçatan tərəfdaş tapmaq üçün dağa-daşa düşməzdilər. Sonrakı dövrlərdə qırmızı fənərlər məlum xidmət obyektlərində qırmızı işığa çevrilir. Nəhayət, tərsanəyə yaxın olan ərazi qırmızı fənərlər rayonu kimi məşhurlaşır. Görəsən, bu ərazidə yaşayan sakinlər bu obyekt sahibinin onları yaşadığı ərazini pozğun qadınlar rayonu elan etdiyindən xəbərdardırmı?"