Bakıda banket təşkil edən sahibkara 2 min manat cərimə...

 17:18 21.05.2020     2305

Bakıda restoranda xüsusi karantin qaydaları pozulub.

Redaktor.az-ın xəbərinə görə, hadisə mayın 20-si gecə saatlarında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsi 11/7-ünvanında yerləşən "Gümüş garden"" restoranında qeydə alınıb.

Belə ki, restoranda banket təşkil edilib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində restoranda banketdə iştirak edən 30 nəfər inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslər 100 manat, obyektin icarədarı isə 2000 manat məbləğində cərimə edilib.

Vumart və Güvən reklamı Vumart Güvən