Plastik polietilen torbalardan istifadə qadağan ediləcək

 18:12 21.05.2020     442

Polietilen torbalardan istifadə ilə bağlı sənəd artıq hazırdır.

Redaktor.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, dövlət qurumlarının müsbət rəyindən sonra sənəd qüvvəyə minəcək:

“Sənəddəki tədbirlərin bütün müvafiq qurumlarla birlikdə tətbiqi cədvəli hazırlanıb. 15 mikrona qədər olan plastik polietilen torbaların Azərbaycanda satışı, idxalı və istehsalının tam qadağan edilməsi, 15 mikrondan çox plastik polietilen torbaların satışının pullu olması öz əksini tapıb. Bu təcrübə Gürcüstan, Türkiyə və bir çox ölkələrdə tətbiq edilib və səmərəli nəticə verib”, - deyə nazir vurğulayıb. //APA