Xaçmazda 3 nəfər sahibsiz itin hücumuna məruz qalıb

Xaçmazda 3 nəfəri sahibsiz it dişləyib.
Redaktor.az-ın məlumatına görə, xəsarət alanlar rayonun Çarxı kənd sakini, 2012-ci il təvəllüdlü Qədirli Vüqar Mehdi oğlu, Müşkür kənd sakini Fərzəliyev Ceyhun Nizami oğlu və 2014-cü il təvəllüdlü Qımılqışlaq kənd sakini Mahmudov Seyid Sahib oğludur.
Hər 3 yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. //APA