Oğuzda 13 yaşlı yeniyetmə itkin düşüb

 08:55 22.05.2020     351

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 13 yaşlı yeniyetmə itkin düşüb. 

Redaktor.az-ın məlumatına görə, kənd sakini, 2007-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb. 

Hadisə ilə bağlı polisə əlumat verilib. Hazırda onun tapılması istiqamətində axtarış tədbirləri aparır.