Bakıda narkotacir saxlanılıb

 09:39 22.05.2020     531

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Redaktor.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Şamaxı rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin 234-cü və 150-ci maddələri ilə məhkum olunmuş Zamiq Cəbiyevdən 1.208 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır. //APA

Vumart və Güvən reklamı Vumart Güvən