Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurub

 09:49 22.05.2020     611

Bakıda ağır yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə mayın 21-də paytaxtın Nəsimi rayonu, S.Əsgərov küçəsində qeydə alınıb. Həmin küçədə hərəkətdə olan “Hyundai” markalı avtomobil Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü A.Hüseynovu vurub.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Trend.az