Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu

 11:26 22.05.2020     914

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. 

Redaktor.az məlumatına görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb. //Report.az

Vumart və Güvən reklamı Vumart Güvən