DİN-dən intihar edən polislə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda polis serjantı, 28 yaşlı Rafiq Əhmədovun intihar etməsi ilə bağlı məlumat yayılıb.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov faktı təsdiqləyib. O bildirib ki, intihar hadisəsi ilə bağlı araşdırma aparılır:
“İntiharın səbəbi hələlik bəlli deyil, araşdırılma aparılır”, - deyə E. Zahidov bildirib.