Bakı bulvarında inanılmaz görüntülər - Minlərlə balıq sahilə çıxdı / VİDEO

Bakı bulvarının yeni salınmış hissəsinin sahillərinə xeyli balıq cəmləşib.
Redaktor.az xəbər verir ki, balıqların sahilə yaxınlaşmasını görən vəkil Aslan İsmayılov hadisəni videoya çəkib.
Həmin görüntüləri təqdim edirik.
Qeyd edək ki, hazırda balıqların kürütökmə mövsümüdür və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə hazırda balıq tutmaq qadağandır. //Publika.az