Daxili İşlər Nazirliyi az öncə açıqladı - Yayılan məlumat doğru deyil və... FOTO

 16:55 22.05.2020     2021

Xəbər verdiyimiz kimi, Oğuz rayonu Xaçmaz kəndinin sakini 12 yaşlı Məmmədli Cəbrayıl Vüsal oğlunun parçalanmış meyiti tapılıb. Meyiti tapılan oğlanın həmkəndlisi olan başqa bir gənc tərəfindən zorakılığa məruz qalması və daha sonra öldürülməsi məlumatları yayılıb.

DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Redaktor.az-a bildirib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

“Artıq ekspertlər ilkin rəy verib ki, uşaq vəhşi heyvan hücumuna məruz qalıb. Nəticədə rəhmətə gedib. Atası su üçün arxa göndərib və uşaq meşənin içində vəhşi heyvanın hücumuna məruz qalıb. Digər məlumatlar şaiyədir, həqiqəti əks etdirmir”.