Gömrükçülər gücləndirilmiş iş rejimində çalışacaq

 17:06 22.05.2020     604

Gömrük rəsmiləşdirilməsinin fasiləsiz şəkildə həyata keçirilməsi, ticarət-təchizat zəncirinin davamlılığının təmin olunması, sahibkarlara daha əlverişli şəraitin yaradılması məqsədilə gömrük orqanları qarşıdakı qeyri-iş günlərində də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. 

Bu barədə Redaktor.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. 

Məlumata görə, Azərbaycan ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən qarşıdan gələn qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların rəsmiləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri mayın 25-dən etibarən gündəlik iş rejimində fəaliyyətini davam etdirəcək.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.