Hacıqabulda zibillikdə silah-sursat aşkar edilib

 17:22 22.05.2020     867

Hacıqabulda zibillikdə silah-sursat aşkar edilib.

Redaktor.az-ın məlumatına görə, Hacıqabul rayon sakini Həsənov Orxan İlham oğlu (əvvəllər məhkum olunan) Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Rəncbər kəndinin məişət tullantıları atılan ərazisində silah-sursat olan 2 ədəd sellofan torba aşkar etdiyi barədə məlumat verib.

Hadisə yerinə cəlb olunan əməliyyat-istintaq qrupu oradan 1 ədəd “İJ” markalı qoşalülə tüfəng, 40 ədəd 7,62 mm-lik PS avtomat patronları, 6 ədəd 12,17 mm-lik TŞK patronları, 2 ədəd fişəng, 1 ədəd tank əleyhinə qumbara, 1 ədəd RQD-5 markalı hücum qumbarası, 1 ədəd RQ-42 markalı hücum qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul polis şöbəsi tərəfindən tədqiqat aparılır.