Koronavirusa yoluxma ən çox bu bölgələrdə qeydə alınıb - SİYAHI

Ölkədə koronavirusa yoluxma ən çox Bakıda qeydə alınıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, yoluxanların 47,4 faizi Bakı, 10,8 faizi Aran, 9,8 faizi Lənkəran, 8,1 faizi Abşeron, 1,4 faizi Quba-Xaçmaz, 1,1 faizi Yuxarı Qarabağ, 0,8 faizi Dağlıq Şirvan, 0,7 faizi Şəki-Zaqatala, 0,1 faizi Naxçıvanın payına düşür.
R. Bayramlı qeyd edib ki, koronavirusa yoluxanların 6,9 faizi xaricdən gələnlərdir. //APA