Mingəçevirdə civə satan şəxs saxlanılıb

 09:32 23.05.2020     210

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində şəhər ərazisində civə satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 60 yaşlı Nizami Sadıqov şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı ondan 2 ədəd şüşə ampulada zəhərli maddə hesab edilən civə aşkar edilərək götürülüb. Saxlanılan şəxs əməlini etiraf edərək civəni satmaq məqsədi ilə üzərində gəzdirdiyini bildirib.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.