Evindən külli miqdarda tiryək aşkarlandı

 13:50 23.05.2020     590

Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Mehman Əliyev saxlanılıb. Onun özünün də iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı oradan 17 bükümdə ümumi çəkisi 614 qram narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.

Evindən külli miqdarda tiryək aşkarlandı - Foto