Evlərdən 55 min manatlıq oğurluq edən şəxs saxlanılıb

 07:52 24.05.2020     662

Oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakini yaxalanıb.

Daxili İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 21-dən mayın 21-dək olan müddətdə rayon ərazisindəki 2 evdən min manat dəyərində inşaat materialları və 55 000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini F.Tahirov saxlanılıb.