Azərbaycanda bu qadağalar LƏĞV EDİLİR - SİYAHI

 11:23 24.05.2020     1532

İyunun 1-dən bəzi qadağalar qaldırılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı məlumat verib.

Sədr ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb:

"Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdədir. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş və o cümlədən restoranların tam gün şəkildə fəaliyyətinin bərpa olunması daxildir, bu mümkündür".