Mingəçevirdə ağır qəza, 13 nəfər xəsarət aldı

 17:59 24.05.2020     1974

Bu gün Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, minik avtomobili idarəetməni itirərək yol kənarında Ramazan bayramını qeyd etmək üçün qoyulmuş stol ətrafında toplaşan insanlara çırpılıb.

Nəticədə 13 nəfər, o cümlədən 10 uşaq müxtəlif dərəcəli xəsarət alıblar.

Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, şəhər xəstəxanası, bütün şəhər strukturları hadisə ilə bağlı fəaliyyət başındadırlar:

“Şəhər xəstənasında bütün imkanlar xəsarət alanların müayinə və müvafiq müalicəsi üçün səfərbər olunub, bütün tibb personalı təcili surətdə işə çağrılıblar”.