Kürdəmirdə yol qəzası baş verib

 08:58 27.05.2020     557

Kürdəmirdə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü, 30 yaşlı Kürdəmir rayon Pirli kənd sakini Məhərrəmov Anar Ağaələsgər oğlu “BMV” markalı avtomaşınla İmişli rayonu istiqamətində hərəkətdə olarkən qəflətən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. 

Hadisə zamanı müxtəlif bədən xəsarətləri alan sürücü təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

//Report.az