Şəki sakinində narkotik vasitə aşkarlanıb

 10:00 27.05.2020     591

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Rafiq Əsədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,102 qram narkotik vasitə olan heroin və 365 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.