Bakının Xətai rayonunda su kəsiləcək

 10:16 27.05.2020     605

Bu gün Bakının Xətai rayonunun bir hissəsində su olmayacaq.

Bu barədə Redaktor.az-a “Azərsu” ASC-nin İşlər idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib. 

Onun sözlərinə görə, yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar Xocalı prospektinə, eləcə də M.Mehdizadə, A.Cəlilov, S.Orucov, N.Əliyev, N.Rəfiyev, A.İsmayılov və R.Əliyev küçələrinə içməli suyun verilişi dayandırılacaq.