BNA yolu zəbt edən restoran haqqında tədbir gördü - AÇIQLAMA

 15:59 27.05.2020     674

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları Bakıda bir restoranın yolu zəbt etməsinin qarşısını alıb. 

Redaktor.az xəbər verir ki,bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, Səbail rayonu Əziz Əliyev küçəsində yerləşən restoranlardan birinin qanunsuz olaraq avtomobil yoluna qoyduğu masa və maneələr artıq yığışdırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl mediada həmin ərazidə restoranlardan birinin avtomobil yolunun bir hissəsini zəbt etməsi barədə məlumat yayılmışdı.