Daşkəsəndə 5 yaşlı uşağı avtomobil vurub

 17:15 27.05.2020     829

Daşkəsən rayonunda az yaşlı piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun girişindəki bayraq meydanı ərazisində qeydə alınıb. 

Göygöl rayon sakini, 2015-ci il təvəllüdlü Yüsif Nurlan oğlu Atayev yolu qarşı tərəfə keçərkən "VAZ-21015" markalı avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan azyaşlı piyada xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. //Report.az