Azərbaycanda daha bir qadağa ləğv olunur - Ayın 1-dən...

 18:50 27.05.2020     1677

Azərbaycanda davam edən karantin rejimi mərhələli şəkildə yumşaldılıb. Bəs, iyunun 1-də ticarət mərkəzləri açıla bilərmi?

Redaktor.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavid Osmanov bildirib ki, bu cür qərarları Operativ Qərargah verir:

Təəssüf ki, son həftələrdə yoluxmanın sayı üçrəqəmlidir. Koronavirusun ilk dalğasında karantin rejiminin sərtləşdirilməsi ilə bir çox iaşə obyektləri, müəssisələr fəaliyyətini dayandırdı.

Əgər sərt karantin rejim tədbiq olunmasaydı, yoluxanların sayı 140-150 deyil, 800-1000 nəfər ola bilərdi. Sərhədlərin bağlanması və insanların ev şəraitində izyolasiya olunması koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı.

Bilirsiniz ki, bir neçə gün öncə Operativ Qərargahın keçirdiyi brifinqdə ticarət mərkəzləri ilə bağlı məsələyə toxunuldu. Qeyd edildi ki, iyunun əvvəllərində ticarət mərkəzləri açıla bilər. //Sonxəber.az