Sabirabadda birmərtəbəli ev yanıb

 08:52 28.05.2020     313

Sabirabad rayonunun Quruzma kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 80 m² sahədə və içərisindəki əşyalar qismən yanıb.

Fövqəladə Halalr Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.