Mingəçevir sakini dostunun evində ölü tapılıb

 08:59 28.05.2020     374

Mingəçevir sakini mənzildə ölü vəziyyətdə tapılıb.

Redaktor.az-ın məlumatına görə, hadisə Heydər Əliyev, ev 41 ünvanında qeydə alınıb. 

Süleyman adlı şəxsin meyiti dostunun mənzilində aşkar olunub. Hadisənin hansı zəmində  baş verdiyi hələlik məlum deyil. Meyit məhkəmə tibbi ekspertiza laboratoriyasına təhvil verilib. 

İlkin məlumata görə, ölən şəxsin Ruhi Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatda olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.