Tovuzda kütləvi dava olub, xəsarət alanlar var

 09:21 28.05.2020     673

Tovuz rayonunda 2 nəfər münaqişə zəminində döyülərək xəsarət alıb.

Redaktor.az-ın məlumatına görə, rayonun Yanıqlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsinin işçisi Z.Əhmədov kütləvi döyülüb. Dava zamanı yeməkxana işçisi olan daha bir şəxs - E.İsmayılov da müxtəlif bədən xəsarətləri alıb. 

İlkin məlumatlara görə, hadisəyə yanacaqdoldurma məntəqəsinin ərazisində və ətrafında "avtoşluq" edən şəxslərə məntəqənin işçisinin etiraz etməsi səbəb olub. Sərxoş halda olduğu bildirilən bir qrup şəxslə Z.Əhmədov arasında mübahisə yaranıb, nəticədə dava olub. Bu zaman E.İsmayılov da onları ayırmağa çalışarkən xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb. //Report.az