DİQQƏT! Bunu edənlər 200 manat cərimə ediləcək

 09:28 28.05.2020     814

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Redaktor.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 40 gün müddət tamamlandığı halda cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.

Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır.

BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev bildirib ki, cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra məhkəməyə müraciət olunur:

"Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda, cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.

Mayın 18-dək təkcə yol polisləri tərəfindən 55 min 678 sürücü karantinə görə cərimə olunub. Eyni zamanda, piyada naryadında xidmət aparan polis əməkdaşları da qayda pozan on minlərlə şəxs haqda protokol tərtib ediblər.

Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur.

Buna görə fiziki şəxslər 100 manatdan 200 yüz manatadək, vəzifəli şəxslər 1500 yüz manatdan 2000 manatadək, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək cərimə edilir.

Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.