Bakı Limanı maraqlı aksiya həyata keçirib - FOTO / VİDEO

 10:07 28.05.2020     573

28 May Respublika Günü ilə əlaqədar Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq "AZƏRBAYCAN" sözü yazılıb.

Bakı Limanından Redaktor.az-a verilən məlumata görə, hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrə yaxın bir ərazini əhatə edir.

Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən #BizBirlikdəGüclüyük kampaniyası, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.

Xatırladaq ki, #BizBirlikdəGüclüyük ümumrespublika kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub. //APA

22222