Bakıda daha bir kafe karantin qaydalarını pozub - FOTO

 10:39 28.05.2020     572

Ötən gün Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən reyd keçirilib.

Redaktor.az xəbər verir ki, reyd zamanı paytaxtın Binəqədi rayonu Xocahəsən qəsəbəsində “Cavid” adlı kafedə karantin qaydalarının pozulduğu məlum olub.

Ümumilikdə, kafe sahibi ilə birlikdə 6 nəfər işçi saxlanılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin (İX) 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.

Onlardan bir nəfər 200, digər şəxslər isə 100 manat məbləğində cərimələnib.