Bakıda qarətçilik edən 54 yaşlı qadın tutulub

 11:06 28.05.2020     315

Bakıda mənzil qarət olunub.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini Kərim Rəcəbovun evinə naməlum şəxs daxil olaraq, oradan 600 manat və 10 manat dəyərində stəkan dəsti oğurlayıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Bağdagül Məmmədova saxlanılıb.

Faktla bağlı Cinayət işi başlanıb. //Trend.az