Bərdədə yol-nəqliyyat hadisəsi baş verib

 14:40 28.05.2020     1153

Bərdədə avtomobillə vurulan qadın ölüb, nəvəsi xəsarət alıb.

Daxili İşlər Nazirliyindən (DİN ) Redaktor.az-a verilən məlumata görə, mayın 27-də saat 11.00 radələrində Bərdə rayonunun Uğurbəyli kəndi ərazisində Kətəlparaq kənd sakini S.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobil ilə, yolun kənarında gedən kənd sakinləri Həqiqət Bağırovanı və 12 yaşlı nəvəsi M.Bağırovanı vurub.

Xəstəxanaya yerləşdirilən qadın ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.