Narkotik yetişdirən Maştağa sakini saxlanılıb

 17:57 28.05.2020     486

Maştağa qəsəbə sakininin həyətində narkotik maddələr aşkar edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ə.Cavadovun həyətindəki istixanadan kultivasiya yolu ilə yetişdirilmiş 25 ədəd çətənə kolu və 495 qram marixuana aşkar edilərək götürülüb.