Koronavirusa yoluxan polislərlə bağlı DİN-dən AÇIQLAMA

 14:53 29.05.2020     734

"Hazırda koronavirusa yoluxan polislərimizin səhhəti normaldır".

Bu sözləri Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, polis əməkdaşlarının fiziki durumu yaxşı olduğu üçün, onların müalicəsi effektli və tez yekunlaşır:

“Azərbaycan polisi daim insanlarala təməsda olduğu üçün virusa yoluxma ehtimalları yüksəkdir. Lakin onların güclü orqanizmi virusla mübarizədə yaxşı nəticəyə gətirib çıxarır. Hazırda virusa yoluxan əməkdaşlarımızın müalicəsi uğurla davam edir, bir neçəsi də artıq evə buraxılıb”.

Mahir Ələkbərov / Redaktor.az