Bakıda 22 yaşlı qadın dəm qazından boğulub

 11:25 31.05.2020     1082

Bakıda 22 yaşlı qadın dəm qazından boğulub.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 54, mənzil 39 ünvanında qeydə alınıb.

Şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Allahverdiyeva  yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti qaynanası tərəfindən aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci  (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. //APA