Sabahdan ən böyük ticarət mərkəzi fəaliyyətə başlayır - Azərbaycan

 11:44 31.05.2020     1014

Azərbaycanın və Qafqazın ən böyük ticarət mərkəzi olan "Dəniz Mall" sabahdan fəaliyyətə başlayır.

Redaktor.az-ın məlumatına görə, bu barədə ticarət mərkəzinin səhifəsində deyilib.

Qeyd olunur ki, ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl edilməlidir:

"Çox böyük məmnuniyyətlə nəzərinizə çatdırırıq ki, "Dəniz Mall" 1 iyundan fəaliyyətə başlayır. Sizdən ticarət mərkəzinə daxil olarkən koronovirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminə əməl etməyinizi, insanlarla məsafə saxlamağı və maskalardan istifafə etməyinizi xahiş edirik.

Qeyd edək ki, ticarət mərkəzində yerləşən kinoteatr, əyləncə mərkəzləri və bütün iaşə obyektləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən bir müddət daha fəaliyyət göstərməyəcək".

"Dəniz Mall" dənizkənarı bulvarın ərazisində yerləşir. //Trend.az