“Jurnalistlər binası”nda koronavirus aşkarlandı: Jurnalist və ailəsi karantinə alındı / YENİLƏNİB

 14:17 31.05.2020     1924

“Jurnalistlər binası”nda koronavirusa yoluxma qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, infeksiya binanın “A” blokunda yaşayan sakində aşkarlanıb.

Səhər saatlarında həmin şəxsin virusa yoluxduğu məlum olub və əraziyə nəzarət gücləndirilib. 

Binada məskunlaşanlar Demokrat.az-a bildiriblər ki, “Azərtac”ın jurnalistinə məxsus mənzildə bir nəfər koronavirusa yoluxub. 

Məlumata görə, agentliyin əməkdaşı ona məxsus olan mənzili kirayə verib.

13:02

Bakının Bibiheybət qəsəbəsində yerləşən ikinci “Jurnalist binası”nda koronaviruslu xəstə aşkarlanıb.

Bu gün səhər saatlarında təcili tibbi yardım briqadası polisin müşayiəti ilə binadakı mənzillərdən birində yaşayan jurnalist ailəsini karantinə alıb. //Demokrat.az