Karantin rejimində toylar belə keçirilsin - TƏKLİF

 16:32 31.05.2020     1031

“Toyların keçirilməsi məsələsi öz həllini tapmalıdır”. 

Redaktor.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. 

O qeyd edib ki, karantin rejimi dövründə toylar iki saat müddətində keçirilməlidir. 

“İnsanlar xərc çəkiblər, toy gözləyirlər. Toylar iki saat müddətində, 50 nəfər iştirak etməklə və sosial məsafə gözlənilməklə keçirilə bilər”, - deyə F.Mustafa bildirib.  //Oxu.az