Bərdədə heyvan leşləri su kanalına atılıb - VİDEO

 18:56 31.05.2020     819

Bərdədə ölmüş heyvan leşlərinin kim tərəfindən əraziyə atıldığı araşdırılır.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı məlumat Agentliyə daxil olduqdan dərhal sonra AQTA əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri və digər istiqamətlərdə araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Bərdədə bir neçə kəndin suyundan istifadə etdiyi su kanalına heyvan leşləri atılıb.

Leşlər kanalın Alpoud kəndindən keçən hissəsində aşkarlanıb.

Heyvanların müxtəlif xəstəliklərdən öldüyü ehtimal edilir.

Kənd sakinləri bildirirlər ki, onlar kanalın suyundan suvarmada və mal-qara üçün istifadə edirlər.

Kanal bir neçə kəndin ərazisindən keçir. Leşlərin kanala kimlərin atdığı isə hələlik məlum deyil. //Oxu.az