Bakıda ər və arvadı naməlum şəxslər bıçaqlayıb

 23:17 31.05.2020     522

Bakının Nizami rayonunda iki nəfər döyülüb, onlardan biri isə bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Qara Qarayev prospekti, 71 ünvanında baş verib.

Binanın həyətində 1992-ci il təvəllüdlü Manafov Nurlan Dövran oğlu və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Vəlizadə Səidə Əkrəm qızı üç nəfər tərəfindən döyülüb. N.Manafov ayağından bıçaqlanıb. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. //APA