Bakıda avtobus sürücüləri arasında koronavirusa yoluxan varmı? - AÇIQLAMA

 15:11 01.06.2020     674

İyunun 1-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda bir çox karantin məhdudiyyətləri aradan götürülüb, iş yerləri, ictimai nəqliyyat bərpa edilib. 

Bəs, avtobus sürücüləri üçün BNA hansı qaydaları müəyyən edib?

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev Redaktor.az-a bildirib ki, sərnişinlərin sürücülərlə fiziki təmasını aradan qaldırmaq üçün görülən tədbirlər bundan sonra da davam etdiriləcək:

"Bu məsələ ilə bağlı bildirim ki, sərnişinlərin sürücülərlə fiziki təmasını aradan qaldırmaq üçün avtobuslarda arakəsmələr quraşdırılıb. Avtobusda sükan arxasında yemək yemək, su içmək, ümumilikdə əvvəldən qadağan olunan məsələlərdir".

Mais Ağayev həmçinin qeyd edib ki, bu günə qədər sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb:

"“BakuBus” MMC-də dezinfeksiya kabinası quraşdırılıb. Gündəlik reys qabağı tibbi müayinəsinə nəzarət gücləndirilib. Nəticədə Bakubusda COVID-19 testindən keçən 760 nəfər sürücü arasında yoluxma halı qeydə alınmayıb".

Sevda Ulutau / Redaktor.az