Ekspres marşrutların fəaliyyəti dayandırılır

 19:02 02.06.2020     1254

Xüsusi karantin rejiminin gücləndirilməsi Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspres marşrut üzrə sərnişindaşımaları iyunun 4-dən dayandırılır.

Redaktor.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.Bununla da istismar müddətini başa vuran texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

"Ekspres marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 may tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar ekspres marşrutlara olan tələbatın kəskin (84%-dək) azalması müşahidə edilib.