Biləsuvar sakini kafedə qətlə yetirilib

 09:05 03.06.2020     425

Biləsuvar rayonunda qətl hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bir bıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib. Hadisə törədənin saxlanılması istiqamətində iş aparılır.

Faktla bağlı araşdırmalar davam etdirilir.