Lənkəranda bədbəxt hadisə baş verib

 13:27 03.06.2020     380

Lənkəran sakini traktorun altında qalaraq ölüb.

Redaktor.az-ın məlumata görə, hadisə rayonun Liman şəhəri ərazisində qeydə alınıb. Boladi kənd sakini, 1982-ci il təvəllüdlü Famil Kamil oğlu Musayev ehtiyatsızlıqdan həmkəndlisi, Mikayıl Mansur oğlu Məlikzadənin idarə etdiyi qoşqulu traktorun təkəri altına düşüb. Nəticədə F.Musayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.