Toy və yas mərasimlərinə bu tarixdən icazə verilə bilər - AÇIQLAMA

 13:36 03.06.2020     2547

"Yaxın zamanlarda yenidən təmtəraqlı toy mərasimlərinin keçirilməsini görmək istəyiriksə, o zaman pandemiya ilə bağlı tətbiq edilən qaydalara və tövsiyyələrə ciddi əməl etməliyik".

 Redaktor.az xəbər verir ki, bunu  respublikanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, bu gün insanlarımız koronavirus infeksiyasını ilə bağlı tətbiq edilən qaydalara və tövsiyyələri pozaraq, ciddi əməl etmirlər:

“Biz ictimai yerlərdə, avtobus, metrolarda, ticarət obyektlərində xeyli insanın maskasız gəzdiyinin şahidi oluruq. Əgər qaydalara və tövsiyyələrə əməl etməyəcəyiksə, o zaman toy və yas mərasimlərində kütləviliyin təmin edilməsi istiqamətində yumşalmanın yaxın gələcəkdə şahidi ola bilməyəcəyik. Bu fikirlər rayonlararası gediş-gəlişlərə, yay istirahət mərkəzlərində istirahərlərlə bağlı məsələlərə də aiddir. Bu, biz insanlardan asılıdır”.

O əlavə edib ki, dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirir, maliyyə vəsaiti ayırır, hətta modul tipli müasir xəstəxanalar tikir, lazımi tibbi avadanlıq və ləvazimatları alır:

“Qalır insanlarımızn qayda və tövsiyyələrə əməl etməsi. Əgər əməl etsək, qısa zamanda  epidemiya  aradan qalxar”.
 
Son günlərdə epidemiyaya yoluxma hallarının artmasına gəldikdə baş infeksionist bildirib ki, qaydalara əməl etməsək, epidemiyaya yoluxanların sayı artacaq:

“Epidemiyanın Azərbaycanda iyunun ortalarında pik həddə çatması ilə bağlı səslənən fikirlər də həqiqətə uyğundur. Bu epidemiyanın xarakterindən asılıdır. Koronavirus epidemiyasına yoluxanların sayı arta da bilər, azala da… Bunun səbəbi  insanların qaydalara əməl etməsindən asılıdır. Hesab edirəm ki, havaların istiləşməsi, üstəgəl qaydalara ciddi əməl etməklə, bu bəladan qurtula bilərik. Əks halda payıza yaxın havalar soyumağa başlayanda yenidən sürətlənə bilər”.