SON DƏQİQƏ: Bu saytın əməkdaşları koronavirusa yoluxub - Azərbaycan

 14:58 03.06.2020     698

Azərbaycanda tanınmış media orqanı əməkdaşları arasında COVID-19-a yoluxma halı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, “Sputnik Azərbaycan”ın əməkdaşlarından bir neçəsi analiz verib və onların nəticələri pozitiv çıxıb.

Digər əməkdaşlar isə karantinə alınsa da, onların test nəticələri neqativ olub. 

Koronavirusa yoluxan əməkdaşlar isə ailələri ilə birlikdə karantinə alınıb. //Oxu.az