Azərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulacaq

 19:35 03.06.2020     998

"Həftəsonları üçün sərtləşdirici tədbirlərin olması üçün alqoritm hazırlanırdı. Müraciətimiz dəyərləndirilib".

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, narıncı zonada şənbə və bazar günləri tam küçəyə çıxma qadağası təklif edilib:

"Cümə günündən başlayacaq qadağa birinci günə kimi olacaq. İrəlidəki 1-2 ay müddətində 2-3 günlük qadağa ola bilər. Qərarın detalları müzakirə olunur".